Hər gün küfr eşidən uşaqda utanc hissi yox olur - VACİB MƏQAMLAR - ETİKA AKADEMİYASININ RƏHBƏRİ AÇIQLADI

"Özünü doğru ifadə etmək anlayışında etikaya aid hər bir məsələ var". Bu sözləri SİA-ya açıqlamasında Etika Akademiyasının rəhbəri Günel İbrahim deyib.

“Öz mahiyyətini, nədən ibarətsən kimi bu istiqamətdən irəli çıxsaq, davranışımıza, ədəbimizə, sözlərimizə daha diqqətlə yanaşacayıq. Söz genetikaya təsir edir. Hər gün küfr eşidən uşaqda utanc hissi yox olur. Bu isə əqli geriləməyə gətirib çıxarır. Bu sahədə beyin alimləri saysız araşdırmalar və isbatlar ediblər. Sözdən kasad insanlar primitiv sözlərdən, əsəbi halda isə təhqiredici ifadələrdən istifadə edir. Əgər onlar bilsələr ki özlərinə, ağıl sağlamlığına nə qədər ziyan verirlər bunu etməkdən çəkinərlər. Hələ qarşıdakı insana yönəlmiş kobud rəftar bulaşdırıcı xarakter daşıyır. “Sən səhvsən” əvəzinə “bu fikirlə razı deyiləm” deyilsə, “sən yalançısan” əvəzinə “doğru olmayan hər söz mənim qəlbimi qırır” və s. kimi ifadə qabiliyyəti cəmiyyəti sağaldar. Günahlandırmaq, qiymətləndirmək əvəzinə dinləməyi, öz hisslərimizdən danışmağı öyrənməliyik”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə