Fərid Mansurov şöbə müdiri vəzifəsindən azad edildi və prorektor təyin edildi

Gənclər və idman nazirinin əmri ilə Fərid Mansurov nazirliyin İdman şöbəsinin müdiri vəzifəsindən azad edilib. SİA xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Nazirin digər əmri ilə F.Mansurov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə