Bakıda məşhur kilsə təmir olundu...

...görənlər heyran qalır

Katolik icması 31 yanvar 2002-ci il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. Elə həmin ilin may ayında ölkəmizdəki katoliklərin tarixində ən yaddaqalan hadisə baş verir. Ulu öndər Heydər Əliyevin dəvəti ilə Roma Papası II İoann Pavel ölkəmizə rəsmi səfərə gəlir. Pontifikin səfəri Azərbaycandakı katoliklərin taleyində yeni səhifə açır. Hava limanında ümummilli lider Heydər Əliyev tərəfindən qarşılanan Katolik Kilsəsinin başçısı çoxsaylı mərasim və görüşlərdən sonra Əl Oyunları Sarayında messa keçirir.

SİA xəbər verir ki, 2008-ci il sentyabrın 26-da Heydər Əliyev Fondu ilə ölkəmizdəki Katolik İcması arasında əməkdaşlıq Memorandumu imzalanır.

Yepiskop Vladimir Fekete ölkəmizdə katolikliyin tarixi və fəaliyyəti haqqında bizmlə bilgilərini bölüşərkən qeyd etdi ki, dövlətin icmaya göstərdiyi qayğıdan çox məmnundurlar:

“Müqəddəs Məryəm Ana Katolik Kilsəsi Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kostyolu - polyak katolik kilsəsi inşa edilib. Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. 7 mart 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin kilsənin rəsmi açılış mərasimində iştirak ediblər”.

Yepiskop Vladimir Feketenin sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyi yenidən əldə olunduqdan sonra katolisizmin dirçəlməsinə şərait yaranıb.

Vladimir Fekete Roma Papasının səfəri zamanı yerli katoliklər üçün başqa bir mühüm hadisə baş verdiyini qeyd edir. Yepiskop Ümummilli lider Heydər Əliyevin göstərişi ilə Katolik məbədin tikilməsi üçün Xətai rayonu ərazisində torpaq sahəsi ayrılır.

“Nəticədə 2007-ci ilin fevral ayında Bakının mərkəzində Katolik kilsəsi ucaldılır. Xüsusən ümummilli lider Heydər Əliyevin yerli Katolik icmanın inkişafında oynadığı mühüm rol danılmazdır. Onun yerli Katolik dindarlarına qayğı göstərməsi respublikamızda Katolik icmanın inkişafına rəvac verib.Günümüzdə bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2008-ci ildə Müqəddəq Məryəm Katolik Kilsənin təməli qoyulması da dedimklərimizin əyani sübutudur”

Azərbaycan ilə Vatikan dövləti arasında qurulan yüksək diplomatik əlaqələrə diqqət çəkən Vladimir Fekete Katolik icmanın hərtərəfli dövlət dəstəyi ilə əhatə olunmasından da danışıb. Azərbaycanda məskunlaşan xalqların etnomədəni inkişafına yönələn tədbirlərin həyata keçirilməsini tədqirəlayiq adlandıran Vladimir Fekete əlavə edib ki, 2008-ci il sentyabrın 26-da Heydər Əliyev Fondu ilə ölkəmizdəki Katolik icma arasında əməkdaşlıq Memorandumu imzalanır.

Sənədə əsasən, tərəflər müəyyənləşdirilən sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə yardımın göstərilməsi,Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsini qarşılarına məqsəd qoyurlar. Bu Memorandum çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Müqəddəs Ruhun həvarilərə nazil olmasını təsvir edən klassik vitraj və Müqəddəs Rozariyanın dualarındakı sirlərdən bəhs edən keramik pano “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kilsəsinə hədiyyə olunub.

Bundan başqa yüzlərlə katolikin ibadət etdiyi kilsədəki bərpa işləri Heydər Əliyev Fondu tərəfindən təmir olunması, Azərbaycanda multukultral dəyərlərə verilən qiymətin təcəssümüdür:

“Heydər Əliyev Fondu tərəfindən aparılan təmir-bərpa işlərindən sonra, Müqəddəs Məryəm katolik kilsəsində hidroizolyasiya təmin edilib və dam örtüyü əsaslı təmir olunub. Bundan əvvəl Fond tərəfindən 2008-ci ildə kilsənin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib, həmçinin məbədin fasadında keramik piano yerləşdirilib”.

10 ildir Azərbaycanda yaşayıram deyən Vladimir Fekete Azərbaycan xalqını əldə etdiyi qələbə münasibətilə təbrik edib. Yepiskop işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfərindən də danışıb:

“Bütün Qafqazın Şeyxi ilə Ağdamda olduq. Orda müqəddəs ibadətgahların, məscidlərin, kilsələrin necə dağıldığının şahidi oldum. Çox ağrılı prosesdir müharibə… Müharibə zamanı insanlar ölür, evlər dağılır, analar oğullarını, övladlar atalarını itirir. Amma müqəddəs ocaqların dağıdılması, arzuolunmaz vəziyyətə gətirilməsi qəbul edilməzdir. Bunlara yol verilməməli idi”.

Müsahibəmizin sonunda Vladimir Fekete dini ayinlər zamanı şəhidlərimizin müqəddəs ruhuna daim dualar oxunuduğunu dedi, cahanda sülhün davamlı olmasını arzuladı.

Bütün xəbərlər Facebook səhifəmizdə