Azərbaycan-İran sərhədində atışma olub, bir nəfər zərərsizləşdirilib

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sər-həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

2021-ci ilin 07 dekabr tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkar olunmuşdur.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, sərhəd nar-yadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərindəki 2 ədəd bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstərmişlər.

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbay-can Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunmuş və onlardan biri zərərsizləşdirilmişdir. Hazırda həmin sərhəd pozucusunun şəxsiy-yətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.

Digər sərhəd pozucusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.

Hadisə yerində aşkarlanmış 2 ədəd bağlamada 4270 ədəd “Marl-boro”, “Kent”, “More” markalı siqaret qutusunun olması müəyyən edil-mişdir.

Hadisə barədə İran tərəfi məlumatlandırılmışdır.

Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli zabitləri hadisə yerinə ezam olunmuşlar.

Bütün xəbərlər Facebook səhifəmizdə