Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxslərin sayı AÇIQLANIB

"Cari ilin 11 ayı ərzində Bakı şəhəri ərazisində nəqliyyat vasitəsini qanunsuz idarə etmək, yəni sürücülük hüququ olmadan idarə olunması üzrə 1300-ə yaxın fakt aşkarlanaraq inzibati tənbeh tədbirləri görülüb".

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, sürücülük hüququ olmadan avtomobil idarə edən şəxslər tərəfindən törədilən 39 yol-nəqliyyat hadisəsində 18 nəfər həyatını itirib, 29 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Təbii ki, bu cür hadisələrin qarşısınının alınması üçün hər bir şəxsin məsuliyyətini düzgün şəkildə dərk etməsi olduqca önəmlidir. Məsuliyyətsizlik edərək sürücülük hüququ olmadan avtomobil idarə etmək inzibati məsuliyyət yaradırdısa, bu vəziyyət cinayət tərkibi yaradan yol-nəqliyyat hadisələrində şəxsin birbaşa təqsirli hesab olunması üçün əsas yaradan hallardan biri kimi qiymətləndirilir".

"Vətəndaşlarımızdan yol hərəkəti qaydalarına ciddi yanaşmağı, sürücülük hüququ olmadan avtomobil idarə etməyin ağır nəticələrə səbəb olduğunu nəzərə alıb, bu qanunsuz əməldən çəkinməyi xahiş edirik", - o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...