Azərbaycanda oğurluq hadisələri azalıb

Bu ilin yanvar-noyabr aylarında mülkiyyət əleyhinə cinayətlər sırasında oğurluq hadisələri 542 fakt azalıb.

SİA-nın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, mülkiyyət əleyhinə cinayətlər - xüsusi əmlak üzrə oğurluqlar 518, əl çantasından oğurluqlar (cibgirlik) 47, mobil telefon oğurluğu 157, mənzil və şəxsi evlərdən oğurluqlar üzrə 283 fakt azalma müşahidə olunub.

"Bu, ötən illə müqayisədə cinayətlərin ümumi indeksində yaxşıya doğru müsbət dinamikadır. Bu, onu göstərir ki, ölkəmizdə həyata keçirilən effektiv hüquq-mühafizə tədbirləri nəticəsiz qalmayıb.

Cinayətlərin açılma faizi orta hesabla 90 faizə yaxındır. Elə cinayətlər var ki, xüsusən şəxsiyyət əleyhinə olan cinayətlərin 100 faiz açılması təmin edilib. Bu il adamların girov götürülmə faktı qeydə alınmayıb", - E.Hacıyev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...