Amnistiya aktı ilə 1921 şəxs azadlığa buraxılıb

Zəfər günü ilə bağlı elan edilən Amnistiya aktının tətbiqi nəticəsində 1921 şəxs azadlığa buraxılıb.

SİA-nın məlumatına görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.

O bildirib ki, Amnistiya aktı tətbiq edilən şəxslərin 3448 nəfərini kişilər, 228 nəfərini isə qadınlar təşkil edib.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə