Ov qaydalarını pozan şəxslər cəzalandırılıb

Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qoruğun “Sadıqlı” adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb. SİA xəbər verir ki, araşdırma zamanı brakonyerin Qazax rayon sakini Natiq Qurbanov olduğu məlum olub.

Şəmkir Dövlət Təbiət Yasaqlığının ərazisində isə ova cəhd edən Tovuz rayon sakinləri Samir Süleymanov və İsmayıl Abbasov saxlanılıb.

Faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə