Amnistiya Aktının icrası davam edir - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 8 noyabr – Zəfər Günü münasibətilə 18 min məhkuma şamil olunmuş Amnistiya Aktının icrası davam edir. SİA-nın verdiyi məlumata görə bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 2 saylı cəzaçəkmə müsəssisəsində 6 nəfər azadlığa buraxılır.

Qeyd edək ki, bir nəfər məhkum narkomaniyadan məcburi müalicə tədbiri ləğv edildikdən sonra azadlığa buraxılacaq. Ümumilikdə isə 7 nəfər azadlığa buraxılacaq.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə