Bu gün 114 nəfər məhkum azadlığa buraxılacaq - AYNUR SABİTOVA

“Bildiyimiz kimi Azərbaycan Respublikasının cənab Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 8 noyabr – Zəfər Günü münasibətilə Amnistiya Aktı qəbul edildi. 5 noyabr tarixindən sonra isə dərhal Ədliyyə naziri tərəfindən imzalanaraq işə başlanıldı. Bu gün biz Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin cəzaçəkmə müəssisələrindən 114 məhkumun azadlığa qovuşmasını təmin edəcəyik. Biz hal-hazırda 1 saylı cəzaçəkmə müəssisəsindəyik”. SİA-nın verdiyi məlumata görə bu sözləri Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

Onun sözlərinə görə, bu gün ölkə başçısının növbəti humanist addımı nəticəsində 9 nəfər azadlığa buraxılır.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...