UNEC İqtisadi Forumu çərçivəsində panel iclas keçirilir

Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu-2021davam edir. SİA xəbər verir ki, dekabrın 2-də Forum çərçivəsində “Postpandemiya dövründə elm və təhsil” mövzusunda panel iclas keçirilir.

Panel iclasda UNEC-in rektoru professor Ədalət Muradov, Nobel mükafatı laureatı, professor Əziz Səncər, təhsil naziri Emin Əmrullayev çıxış ediblər.

Çıxış edənlər COVID-19 pandemiyası dövründə hər kəsi narahat edən əsas məsələlərdən biri olan təhsil sahəsinin postpandemiya dövründəki vəziyyəti barədə məlumat verib, bu dövrdə elm və təhsilin vəziyyətini təhlil ediblər.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə