AQTİ ictimai iaşə sahəsində çalışan mütəxəssisləri təlimə dəvət edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi, mövcud kadr potensialının gücləndirilməsi, eləcə də bu sahədə fəaliyyət göstərən mütəxəssislər üçün təlimlər təşkil etməklə silsilə tədbirlərini davam etdirir.

Növbəti belə təlim 10 dekabr 2021-ci il tarixdə "İctimai iaşə müəssisələrində ilkin şərtlər proqramları və minimum sanitar-gigiyenik normaların qorunmasına nəzarət" mövzusunda keçiriləcək. Təlim nəzəri və praktiki hissələrdən ibarət olmaqla "Süfrə Təlim Mərkəzi"ndə (Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115) baş tutacaq.

Təlim çərçivəsində gündəlik qida istehsalı sahələrində ümumi gigiyena qaydalarının yaxşılaşdırılması, anbar və xammal tədarükü sahələrində düzgün mal qəbulu standartlarının tətbiqi, "FIFO" prinsipi mexanizminə əsaslanaraq ərzaq dövriyyəsində izlənəbilərliliyinin gücləndirilməsi, istehsal və xidmət mərhələsində risk meydana gətirə biləcək səbəblərin aradan qaldırlması, dövri olaraq zərərvericilərin neqativ fəaliyyətinə dair monitorinqin aparılması, binaların, o cümlədən iş sahəsinin və işçilərin obyektlərinin planlaşdırılması və s. haqqında ətraflı məlumat veriləcək.

İctimai iaşə sahəsində çalışan mütəxəssislər, eləcə də istehsalın istənilən mərhələsində məhsulun keyfiyyət və təhlükəsizliyinə cəlb olunan işçilər, keyfiyyətə nəzarət struktur bölməsində çalışan əməkdaşlar, həmçinin qida təhlükəsizliyinə dair biliklərə yiyələnmək istəyən şəxslər təlimdə iştirak edə bilərlər.

Təlimdə iştirak etmək üçün qeydiyyatdan keçmək istəyən şəxslər ad, soyad, təmsil etdikləri qurum, vəzifə və əlaqə nömrəsini arif.eliyev@afsa.gov.az elektron ünvanına göndərə bilər, ətraflı məlumat almaq üçün (012) 565 12 82 (daxili 553), (050) 401 11 12 nömrəsinə zəng edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...