KTMT-nin fırıldaqçılığının daha bir nümunəsi - Analitik Tevos Arşakyan yazır

KTMT-dən heç nəyə qərar verməyən parazitləri İrəvana qəbul etməyin praktiki mənası nədir?

“Diplomatiya əxlaq fəlsəfəsi sistemi deyil”. “Diplomatiya” və “İdeal diplomat” kitablarının müəllifi, britaniyalı siyasətçi və tarixçi Harold Nikolson bu gün bütün dünyada məşhur olan bu ifadənin sahibidir. Həqiqətən də, az adam mübahisə edər ki, bugünkü dünyada ikiüzlülük siyasətin və diplomatiyanın əsasını təşkil edir.

Üstəlik, son bir ildə həm müttəfiqlərin xəyanətini, həm də açıq-aşkar ikiüzlülüyünü tam yaşamış Ermənistanda bu bəyanatla mübahisə etməyəcəklər. Nəşrlərimizdə dəfələrlə “strateji müttəfiqimiz” Rusiyanın xəyanətini, KTMT-dəki “müttəfiqlərimizin” ikiüzlülüyünü qeyd etmişik. Amma nə vaxt ki, onların bizə qarşı rəzil münasibəti ilə qarşılaşsaq, onları təmiz suya gətirmək üçün əlimizə qələm alırıq. Və bugünkü materialımız məhz bununla bağlıdır.

Dövlət Dumasının sədri və KTMT Parlament Assambleyasının (KTMT PA) sədri Vyaçeslav Volodin keçirdiyi iclasında Assambleyanın növbəti iclasının İrəvanda keçirilməsi imkanlarının öyrənilməsi barədə məlumat verib: “Nəzərə alsaq ki, Ermənistan KTMT-yə sədrlik edir, İrəvanda KTMT PA-nın iclasını keçirmək olardı. Gəlin, o zaman Şuranın İrəvanda iclasının keçirilməsi imkanını nəzərdən keçirək”.

Bax, xoşbəxtlik Ermənistanın üzərinə düşüb - KTMT PA-nın iclasını keçirmək istəyirlər. Ola bilsin ki, əvvəllər, yəni Ermənistan cəmiyyətində müəyyən ümidlər, erməni dövlətlərinə hücum olarsa, KTMT üzvləri dərhal bizə kömək edəcəklər, fikirləri mövcud olanda, belə bir "yığıncaq" əksinə bizdə xoş əhval-ruhiyyə yaradardı. Lakin 2020-ci ilin payız müharibəsindən sonra Azərbaycannın sözün əsl mənasında Ermənistan ordusunu parça-parça etməsindən və noyabrın 16-da baş verən sərhəd hadisəsindən sonra Rusiya və KTMT bizə dönə-dönə xəyanət etdi, bu yararsız təşkilatın bəzi fəaliyyətləri həlak olmuş əsgərlərimizə münasibətdə riyakarlığın, hətta küfrün ən yüksək həddinə çatdı. KTMT-dən heç nəyə qərar verməyən parazitləri İrəvana qəbul etməyin praktiki mənası nədir? Ölkəmizdə onların nifrət dolu gülən üzləri niyə bizə lazımdır?

Yeri gəlmişkən, ötən bazar günü Türkmənistanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci sammiti keçirilib və onun yekununda “işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edən bəyannamə qəbul edilib. KTMT-yə üzv olan üç ölkənin - Qazaxıstan, Qırğızıstan, Tacikistanın liderləri ora öz imzalarını atıblar.

Necə xoşunuza gəlir? Orta Asiya köçəriləri nəyə imza atdıqlarını başa düşmədilərmi? Onların KTMT-nin üzvü olduqlarını və bununla da Təşkilatdakı öz müttəfiqlərinə - Ermənistana formal da olsa zərbə vurduqlarını unutmusunuz? Bəs kimin üçün - üstəlik, KTMT-nin üzvü olmayan Azərbaycan? Hamısı mükəmməl başa düşdülər. Çatışmayan tək şey Kremlin ağsaqqalı və Belarus diktatoru idi. Bütün bu hiylələrindən sonra Ermənistanda kimsə yenə də sadəlövhcəsinə KTMT-dən kömək gözləməkdə davam edir?

Təəssüf ki, Paşinyan və ətrafı da ikiüzlü olmaqdan çəkinmirlər. Bir daha oxucularımızın nəzərinə çatdırmaq istərdim ki, Paşinyan müxalifətdə olarkən Ermənistanın KTMT və Aİİ-dən çıxmasını müdafiə edirdi. Amma hakimiyyətin sükanı arxasına keçərək, xarici siyasət prioritetlərini unudub. Çox heyif. Əgər o, 2018-ci ilin yaz-yay aylarında ölkəmizin KTMT-də olmasının məqsədəuyğunluğu məsələsini qaldırsa və ya ekstremal hallarda tədbirləri konkretləşdirmək üçün bu təşkilatın nizamnaməsinə yenidən baxılmasını tələb etsəydi, bu başqa məsələ olardı.

Təəssüf ki, Paşinyan Ermənistanın təhlükəsizliyini gücləndirməkdənsə, üzv olduğumuz təşkilatın hesabına öz siyasi rəqibləri ilə mübarizə aparmaqla məşğul idi. Biz hələ də varıq, baxmayaraq ki, bizim üçün heç bir məna yoxdur. Üstümüzə tüpürürlər, bizi ayaqlarına silirlər. Amma bütün bunlarla bərabər Ermənistanın KTMT-yə sədrlik etdiyini deyirlər. Belə ikiüzlülük və xəyanətdən sonra KTMT-nin İrəvanda toplantısını keçirmək zəif təsəllidən başqa bir şey deyil, elə deyilmi?

Tərcümə etdi: V.Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə