Naxçıvana uçan təyyarə... Bakıya geri qayıdıb

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

SİA xəbər verir ki, təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə