Azərbaycanda niyə internetin qiyməti baha və sürəti zəifdir? - SORĞU

Müasir dövrümüzü internetsiz təsəvvür etmək olmaz. Elə bir dövrdə yaşayırıq ki, hər yerdə internetə ehtiyac duyuruq. Demək olar ki, günün hər saatında innternetdən istifadə edirik. İstər evdə, istər işdə, istərsə də küçədə müəyyən bir xəbəri əldə etmək üçün internetdən istifadə etməyimiz zəruridir. Lakin ölkəmizdə internet şəbəkələri zəif işləyir. Bəs bunun səbəbi nədir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Mətanət İsiyeva: “Düzdür, evdə internet zəif işləyirdi, lakin modemi dəyişdirdikdən sonra düzəldi. İndi əvvəlkinə nisbətən daha yaxşı işləyir. Amma bəzən yenə də zəif işləyir”.

Şəhər sakini Samir İbrahimov: “Bəzən elə olur ki, internet ümumiyyətlə işləmir, bəzən isə çox zəif işləyir. Bilmirik niyə belədir. Zəng edirik səbəbini öyrənirik deyirlər ki, sistemdə xəta baş verib”.

Şəhər sakini Səbuhə Yusifova: “Son zamanlarda internet həqiqətən də çox zəif işləyir. Rahatlıqla işimizi həll edə bilmirik. Hər ay pul ödəyirik amma internet yenə də zəifdir. Zəng edəndə də deyirlər ki, şəbəkədə problemlər var”.

Şəhər sakini Ruslan Orucov: “Bizdə hələ ki internet normal işləyir. Amma bəzi şirkətlərin internetləri həddən artıq zəifdir. Evdə 2 nəfərdən artıq adam internetə qoşulduqda ümumiyyətlə zəif işləyir. Ümid edirəm ki, bizimki də zəifləməz”.

Şəhər sakini Səbinə Mustafayeva: “Ümumiyyətlə internet həddindən artıq zəifdir. Onlayn dərslərə qoşulanda tez-tez problemlər yaranır. Zəng edib şikayət edirik düzəlir, amma yenidən zəifləyir. Həmçinin bəzən elə olur ki, saatlarla bu problem düzəlmir. Tezliklə bu problem həll olunsa yaxşı olar ”.

Şəhər sakini Zaur Əliyev: “Mən ümumi internet və televiziyaya 15 manat aylıq ödəyirəm. Hələ ki yaxşı işləyir. Əvvəl tez-tez problemlər yaranırdı, amma axır vaxtlar düzəlib. Problem olduğu zaman da zəng edib problemin nə olduğunu öyrənirik. Bir müddət sonra problemi həll edirlər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə