Ərdoğan Mustafa Cengizin ailəsinə başsağlığı verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qalatasaray” klubunun keçmiş prezidenti, iş adamı Mustafa Cengizin vəfatından dərin kədərləndiyini bildirib.

SİA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə prezidenti rəsmi “Twıtter” səhifəsində paylaşım edərək, Mustafa Cengizə rəhmət diləyib, ailəsinə, yaxınlarına, “Qalatasaray” azarkeşlərinə və bütün idman ictimaiyyətinə başsağlığı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə