Gürcüstanda yeni məscidlərin inşası və mövcud olan məscidlərin əsaslı təmiri, invertar və digər lazımi vəsaitlərlə təmin olunması istiqamətində işlər davam etdirilir.

SİA xəbər verir ki, bu sözləri Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov söyləyib.

R.İgidov qeyd edib ki, ölkədə bir neçə yeni məscid inşa edilib. Eyni zamanda, 200-ə yaxın məsciddə isə təmir işləri həyata keçirilib. Bir neçə məscidə səsgücləndirici, xalçalar, vəsaitlər verilib, onların sosial bazası gücləndirilib.

Bundan başqa, son 8 il ərzində GMİ-nin nəzdində 4 internet veb-səhifə və internet televiziya fəaliyyət göstərib, onlar vasitəsilə 1300 veriliş yayımlanıb, 200-dən çox kitab, müxtəlif qəzet, poster və jurnallar nəşr və çap etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə