Pomidor istixanalarında fitosanitar monitorinqlər aparılıb

Pomidor istixanalarında fitosanitar monitorinqlər aparılıb

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilən monitorinqlər zamanı Abşeron rayonunun Məmmədli kəndi və paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində fəaliyyət göstərən istixanalara baxış keçirilib.

Fitosanitar ekspertizanın və virusoloji müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Həmçinin pomidor istixanalarında zərərli orqanizmlərin aşkar edilməsi və onlara qarşı mübarizə tədbirləri, bitkilərin becərilməsi, təhlükəsizlik qaydalarına əməl olunması barədə sahibkarlara zəruri göstərişlər verilib.

Monitorinqdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə