Ov edən şəxs cəzalandırılıb

Samux Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ovçuluq təsərrüfatının ərazisində ov edən şəxs saxlanılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova SİA-ya açıqlamasında bildirib ki, araşdırma zamanı brakonyerin Gəncə şəhər sakini Telman Rəhimov olduğu müəyyən edilib.

“Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb” deyə Xidmət rəsmisi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə