Azərbaycanda nağd hesablaşmalara məhdudiyyət qoyulur - RƏSMİ

Azərbaycanda nağd hesablaşmalara məhdudiyyət qoyulur - RƏSMİ

Azərbaycanda nağd hesablaşmalara məhdudiyyət qoyulur. SİA-nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit də 4 min manat məbləğində müəyyən edilib.

Bundan əlavə, ixtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsi ilə avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Həmçinin tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə biləcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə