Son 5 ildə Azərbaycanda səhiyyə xərcləri 2.5 dəfəyə qədər artıb - NAZİR
"Səhiyyə xərcləri ildən ilə artır". SİA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.
Nazir bildirib ki, son 5 ildə Azərbaycanda səhiyyə xərcləri 2.5 dəfəyə qədər artıb ki, bu da yüksək göstəricidir: “Bu istiqamətdə işlər davam etdiriləcək. Biz imkanlarımızı obyektiv şəkildə qiymətləndirməliyik. Biz artan xərclərimizin maliyyə təminatı haqqında da suallara cavab tapmalıyıq”, - deyə nazir bildirib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB