Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Bayramov Səddam Ələddin oğlunun ildönümü mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, anım tədbirinə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının əməkdaşları da qatılıblar.
Partiya üzvləri şəhidin ailəsinə başsağlığı verib, onun xatirəsini ehtiramla yad ediblər. Qeyd olunub ki, Qarabağda Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimiz kimi Səddamın da ömür yolu gənclərimizə örnəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB