Ötən ilə nisbətən idxal indeksi 23,1 faiz artıb

Ötən ilə nisbətən idxal indeksi 23,1 faiz artıb

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisdə çıxışı zaman qiymət artımı ilə bağlı məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycanda qiymət dəyişikliyinə təsir edən amillərdən biri də dünyada baş verən amillərdir.

Nazir müavini bildirib ki, pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması iqtisadiyyata mühüm təsir göstərib.

S.Həsənova bildirib ki, nəticədə Azərbaycana idxal edilən məhsulların qiymətində artım baş verib.

O qeyd edin ki, ötən ilə nisbətən idxal indeksi 23.1 faiz artıb. Nazir müavini Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə də infilyasiyanın ölkəmizə təsir etdiyini diqqətə çatdırıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə