Milli Məclisin deputatı Əliabbas Salahzadə Sabunçu rayonu Zabrat qəsəbəsində şəhid Qasımov Kamran Fazil oğlunun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb. SİA-nın verdiyi məlumata görə, Əliabbas Salahzadə İkinci Qarabağ savaşında xüsusi igidlik göstərərək torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətənin qəhrəman oğlunun keçdiyi döyüş yolunun yetişən gənc nəslə örnək olduğunu bildirib: “Şəhid ailələrinə qayğı dövlətimizin daim diqqətindədir. Bununla yanaşı şəhid ailələrinə diqqət hər birimizin vətəndaşlıq borcudur. Amma o qəhrəmanların bütün Azərbaycan xalqına yaşatdıqları təkrarsız hisslərin - Zəfərin müqabilində bizim həmin ailələr üçün etdiklərimiz kiçik bir zərrədir. Şəhidlərimiz ölməyiblər, onlar Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlar. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan igidlərlərimizlə qürur duyuruq”.
Şəhidin ailəsi dövlətin onlara göstərdiyi diqqət və qayıdan razılıqlarını ifadə edib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.
Qeyd edək ki, şəhid Kamran Qasımov ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB