Toyda karantini pozan 11 nəfər cərimələndi

Toyda karantini pozan 11 nəfər cərimələndi

Noyabrın 22-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 179 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, monitorinq 171 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 11 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 143 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə