Gürcüstanda işsizliyin səviyyəsi 19,5 faizə çatıb

Gürcüstanda işsizliyin səviyyəsi 19,5 faizə çatıb

Gürcüstanda işsizlik səviyyəsi cari ilin üçüncü rübündə daha 2,5 faiz artaraq 19,5 faizə çatıb.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, işsizlik səviyyəsi cari ilin üçüncü rübündə əhalinin iqtisadi fəal təbəqəsinin (əhalinin 15 faizdən yuxarı hissəsi) 52,8 faizini təşkil edib.

Məlumata görə, işsizlik kişilər arasında qadınlardan daha yüksəkdir.

Belə ki, 2021-ci ilin üçüncü rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm qadınlarda 2,1 faiz, kişilərdə isə 2,9 faiz artıb.

Qeyd olunub ki, 2021-ci ilin üçüncü rübündə şəhər tipli qəsəbələrdə işsizlik səviyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz, kənd tipli qəsəbələrdə isə 3,5 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə