Işsizlik səviyyəsi ən aşağı həddə düşüb

Işsizlik səviyyəsi ən aşağı həddə düşüb

Sloveniyada işsizlik səviyyəsi sentyabr ayında 6,8 faiz dək düşüb. Bundan əvvəl antirekord göstərici (6,7 faiz ) 2008-ci ilin noyabrında qeydə alınmışdır.

Trend xəbər verir ki, ölkənin Milli Məşğulluq Xidmətinin verdiyi məlumata görə, işsizlik səviyyəsi 2021-ci ilin avqustunda 7,1 faiz səviyyəsində qərarlaşıb.

Sloveniya COVID-19 epidemiyası zamanı işsizliyi nisbətən aşağı səviyyədə saxlamağa müvəffəq oldu, hökumət işlərinə xitam vermək əvəzinə işçilərini müvəqqəti olaraq işdən çıxaran şirkətlərə maliyyə yardımı göstərdi. 2021-ci ilin ikinci rübündə ümumi daxili məhsul (ÜDM) illik müqayisədə 16,3 faiz artdığı üçün bu il iqtisadi canlanma bir sıra yeni iş yerləri də yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə