Əliməmməd Nuriyev: "Amnistiya aktı məhkumlarda da motivasiya yaradıb" - AÇIQLAMA
“Amnistiya aktının ümumiyyətlə siyasi, mənəvi, hüquqi və sosial əhəmiyyəti var. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan son iki ildə ilk dəfə olaraq işğal olunmuş torpaqları azad etdi və bu hadisə son iki ilin böyük bir tarixi hadisəsidir. Azərbaycan xalqının tarixində silinməz izlər buraxacaq və gələcək yerini müəyyənləşdirə biləcək bir hadisə baş verdi”. Bu sözləri SİA- ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.
O qeyd edib ki, amnistiya aktının yerli səviyyədə siyasi əhəmiyyəti onunla bağlıdır ki, bu akt insanların azadlığa çıxmasına yeni imkanlar, fürsətlər yaradıb. “Bu həm də eyni zamanda cəzaçəkmə müəssisələrində onların daha yaxşı idarə edilməsin yeni əlavə imkanlarını genişləndirəcək. İqtisadi əhəmiyyəti ondan ibarətdir ki, əmək bazarına yeni insanlar gəlir, onların iqtisadi sektora daxil olmaq imkanları yaranır ki, həmin insanlar ölkənin dirçəlişində iştirak etmək imkanları olacaq. Başqa bir məsələ ondan ibarətdir ki, azadlığa çıxmış insanların cəmiyyətə inteqrasiya etmək kimi imkanları yaranır. Belə amnistiya aktı qəbul etməklə daha peşəkar məhkumların miqyasını azaltmış oluruq. O baxımdan həmin insanlara şans verilir və bu da onlarda yeni motivasiya yaradır. Həm də digər məhkumlarda motivasiya yaradılır ki, əgər onlar davranışlarına diqqət yetirsələr cəzaçəkmə müddətində azadlığa çıxma şansları yarana bilər. Mənəvi tərəfi onunla bağlıdır ki, bu insanlar ailələrinə qovuşurlar, övladlar valideynlərini, ailə üzvlərini görür. Əlbəttə ki, bunun böyük əhəmiyyəti var ki, həmin insanlar öz yaxınları ilə birbaşa, azad şəkildə təmasda olmaq imkanı tapırlar. Amnistiya aktına şamil edilən əhali qruplarına baxsaq görərik ki, Azərbaycan miqyasının tarixinə bir baxış var. Bu aktın çox mühüm əhəmiyyəti ondan ibarətdir ki, erməni təcavüzü, terror hadisələri nəticəsində həlak olmuş şəxslərin yaxın qohumları və əlil olmuş şəxslərə şamil edilməsidir. Bu da bütövlükdə onu göstərir ki, Azərbaycanın yaxın tarixi gözünün qabağına gəlir. Digər tərəfdən bu amnistiya aktına şamil edilməyən şəxslərin yetərincə geniş miqyaslı olmasına da diqqət edilib. 1995-ci ildən bu günə qədər qəbul edilən 12-ci amnistiya aktıdır ki, bu akt 17 minə qədər şəxsə şamil edilib. Bundan əvvəlki amnistiya aktları bir qayda olaraq 9-11 min şəxsi əhatə edirdisə, bu aktın miqyası daha genişdir. Həm də burada azadlığa çıxan şəxslərin sayında da hərəkətli fərq var, 3 minə qədər şəxs azadlığa çıxacaqdır, 8 minə qədər şəxsin cəzası azaldılacaqdır. Eyni zamanda 8800-dən artıq şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzadan azad ediləcəkdir. Başqa bir məqam onunla bağlıdır ki, ilk dəfə olaraq cinayət məsuliyyətinə, cinayət təqibi altında olan şəxslərin də amnistiyaya düşməsi ilə bağlı müvafiq məqam qeyd olunmuşdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB