Ədliyyə Nazirliyinin sabiq idarə rəisi, ədliyyə general-mayoru Zavər Qafarov dünyasını dəyişib.
SİA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Z.Qafarov dünən ürəktutmasından dünyasını dəyişib.
Xatırladaq ki, Z.Qafarov uzun müddət Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı idarəsinin rəisi vəzifəsində çalışıb. 2015-ci ildə öz xahişi ilə vəzifəsindən azad edilərək Ədliyyə Akademiyasının elmi işçisi kimi fəaliyyətini davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB