Azərbaycanda general qəfil vəfat etdi

Azərbaycanda general qəfil vəfat etdi

Ədliyyə Nazirliyinin sabiq idarə rəisi, ədliyyə general-mayoru Zavər Qafarov dünyasını dəyişib. Bu barədə SİA-ya Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Z.Qafarov dünən ürəktutmasından dünyasını dəyişib.

Xatırladaq ki, Z.Qafarov uzun müddət Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı idarəsinin rəisi vəzifəsində çalışıb. 2015-ci ildə öz xahişi ilə vəzifəsindən azad edilərək Ədliyyə Akademiyasının elmi işçisi kimi fəaliyyətini davam etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə