Şəhid Orxan Cabbarovla vida mərasimi keçirilir

Şəhid Orxan Cabbarovla vida mərasimi keçirilir

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun giziri Orxan Cabbarov ilə vida mərasimi keçirilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəhidin nəşi Qubanın Davidoba kəndində yaşayan ailəsinə təhvil verilib.

Şəhidin doğulub boya-başa çatdığı evdə keçirilən vida mərasimdə onun yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, qazilər və şəhidin hərbçi yoldaşları iştirak edirlər.

Şəhid O.Cabbarov Quba Şəhidlər Xiyabanında dəfn olunacaq.

Allah rəhmət etsin!

Bütün xəbərlər Facebook səhifəmizdə