Şəhid olmuş hərbi qulluqçumuz futbolçu olub

Şəhid olmuş hərbi qulluqçumuz futbolçu olub

Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə keçmiş futbolçu olub. SİA xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Elmin Əlizadə 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində AFFA-nın keçirdiyi liqalarda iştirak edib.

AFFA futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyib.

Allah rəhmət eləsin!

Xatırladaq ki, Ermənistanın təxribatı nəticəsində ötən gün Azərbaycanın 7 hərbçisi şəhid olub, 10-u yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com