"Məktəbdə yaranmış dostluqlar ən güclü motivasiyadır" - ETİKA AKADEMİYASININ RƏHBƏRİ AÇIQLADI

"Məktəbdə yaranmış dostluqlar ən güclü motivasiyadır" - ETİKA AKADEMİYASININ RƏHBƏRİ AÇIQLADI

“Uşaqların davamiyyəti həm ailə mühitinin sağlamlığı, həm də məktəbdəki münasibətlərdən asılıdır. Əgər ailədə təhsilə öncüllük verilirsə, təhsil dəyərlər siyahısındadırsa övlad bu önəmli vəzifəni dərk edir, gecikmə, getməmək kimi hallar haqda düşünmür”. Bu sözləri SİA-ya açıqlamasında Etika Akademiyasının rəhbəri Günel İbrahim deyib.

Onun sözlərinə görə, tərəzinin o biri gözündə məktəbdə olan sağlam mühitdir. “İlk olaraq bəlkə qəribə səslənəcək, lakin bu dostluqdur. Məktəbdə yaranmış dostluqlar dərsə getmək üçün ən güclü motivasiyadır. İkinci faktor olaraq müəllimlərin mülayimliyi və müasirliyidir. Müasirlik dedikdə şagirdin yaşına uyğun müvafiq dünyası ilə tanışılığıdır. Uşağın həmin yaşında hansı film və cizgi filmləri dəbdədir, geyim mədəniyyətlərində adətən onlar kimə pərəstiş etdiklərini əks etdirirlər. Ağıllı və müasir müəllim şagirdin düşüncə tərzi ilə tanış olur və biliyi daha asan aşılayır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə