BŞGİBİ-nin rəisi şəhidlərimizin ailələrinə başsağlığı verib

BŞGİBİ-nin rəisi şəhidlərimizin ailələrinə başsağlığı verib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, paytaxt gəncləri və idman ictimaiyyəti adından ötən gün erməni silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində həlak olan şəhidlərimizin ailələrinə başsağlığı verib. SİA-nın məlumatına görə, R.Abbasov əgər zərurət yaranarsa, yaralı əsgərlərimizə qan verməyə hazır olduğunu da sözlərinə əlavə edib.

Xatırladaq ki noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 nəfər hərbi qulluqçuları şəhid olub. 10 nəfər hərbi qulluqçumuz yaralanıb.

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə