Əmək pensiyalarının orta aylıq məbləği məlum olub - RƏSMİ

Əmək pensiyalarının orta aylıq məbləği məlum olub - RƏSMİ

Azərbaycanda bu il orta aylıq əmək haqqının 742 manata, növbəti ildə isə 807 manata çatacağı gözlənilir. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müzakirəsi zaman deyib.

M.Quliyev bildirib ki, 96.7 faizini əhaliyə ödənişər təşkil edəcək: “Bu isə 5.2 faiz çoxdur. Əmək pensiyalarının orta aylıq məbləği 2021-ci ildə 331 manat, 2022-ci ildə isə 345 manat olacağı proqnozlaşdırılır”, - deyə M.Quliyev bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə