YAP Səbail rayon təşkilatı şəhidin ildönümündə iştirak edib - FOTOLAR

YAP Səbail rayon təşkilatı şəhidin ildönümündə iştirak edib - FOTOLAR

YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Əliyev Fərid Pirəli oğlunun ildönümündə iştirak edib. Təşkilatın sədri Muxtar Nağıyev və aparat əməkdaşları Vətən müharibəsi şəhidi Əliyev Fərid Pirəli oğlunun məzarını və ailə üzvlərini ziyarət edib.

Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Fərid Əliyev Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid Fərid Əliyevin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və Yeni Azərbaycan Partiyasının hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə