SOCAR-ın dənizdə çalışan 28 əməkdaşı təxliyə olunub

SOCAR-ın dənizdə çalışan 28 əməkdaşı təxliyə olunub

"Hava şəratitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq, SOCAR bütün istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib, açıq səthlərdə aparılan işlər məhdudlaşdırılıb".

SİA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, dənizdə çalışan 28 nəfər SOCAR-ın əməkdaşı dünəndən təxliyə olunub: "Hava şəraiti normallaşdıqca normal iş rejimi bərpa olunur".

Xatırladaq ki, havanın kəskin dəyişməsi haqqında xəbərdarlıq edilib. Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, noyabrın 16-sı gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağıb.

Bakıda və Abşeron yarımadasında isə arabir 30-35 m/s-dək güclənib. Güclü külək nəticəsində Neft Daşlarında dalğanın hündürlüyü 4,5 metrə çatıb.

Bakıda güclü küləkli hava şəraiti bu gün də davam edəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu günorta saatlarında 7 dərəcəyədək isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə