"Noyabrın 16-ı saat 22.00-dan etibarən küləyin səngiyəcəyi gözlənilir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QCN-nin mətbuat katibi Mehman Mehdiyev deyib.
Onun sözlərinə görə, noyabrın 17-dən “Azərbaycan Xəzər Dəniz Gəmiçliyi” QSC-nin (ASCO) donanmasına daxil olan gəmilər Xəzər akvatoriyasında eyni qaydada fəaliyyətlərini bərpa edəcək: "Hava şəraitinin küləkli olduğu zaman kəsiyində gəmilərə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi haqqında xəbərdarlıq göndərilib. Küləkli havanı nəzərə alınaraq həmin günlər gəmilərin təhlükəsiz sığınacaqlara getməsi təmin olunub".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB