Ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib - FOTOLAR
YAP Nərimanov rayon təşkilatının “Faiq Yusifov 39” (S.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası) ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. SİA-nın məlumatına görə, ərazi partiya təşkilat sədri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VII qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdı. Bildirildi ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.
Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılmış və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilmişdir. Daha sonra partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi seçilib.
Yığıncaqda çıxış edən YAP Nərimanov rayon təşkilatının əməkdaşı hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib.
YAP Nərimanov rayon təşkilatının əməkdaşı yeni seçilmiş sədr və müavinləri təbrik edərək, işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB