Gürcüstan mediası qonşularla müqayisəli şəkildə pensiya yaşı və məbləği ilə bağlı müqayisəli infoqrafiya dərc edib.
SİA həmin müqayisəli infoqrafiyaya istinad edərək xəbər verir ki, bu gün pensiya yaşı Gürcüstanda 60 (qadınlar) və 65 (kişilər), Ermənistanda – müvafiq olaraq - 63 və 65, Azərbaycanda 62,5 və 65, Rusiyada 56,5 və 61,5, Türkiyədə isə 58 və 60-dır.
Ermənistanda minimum pensiya məbləği 2022-ci il 1 yanvardan 55-60 dollar olacaq, Gürcüstanda 76 dollar (minimal pensiya yoxdur, bu rəqəm bazaya aiddir), Azərbaycanda hazırda 117 dollar (2022-ci ildən 140 dollar olacaq), Rusiyada 138 dollar, Türkiyədə isə 240 dollardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB