BDU-nun müəllimi vəfat edib FOTO

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin İngilis dili kafedrasının baş müəllimi Şölə Şirəliyeva vəfat edib.

Bu barədə SİA-ya BDU-dan bildirilib. Məlumata görə, Ş.Şirəliyeva 76 yaşında dünyasını dəyişib. O, 1968-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. Üç dərslik, üç dərs vəsaiti və iki metodik məqalənin müəllifi olub.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə