Tobçubaşovun nəvəsinin məzarı ziyarət edilib

Tobçubaşovun nəvəsinin məzarı ziyarət edilib

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan parlamentinin ilk sədri, 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət edib.

Bu barədə XİN rəhbəri sosial şəbəkədə paylaşım edib.

“5 oktyabr 2021-ci ildə, 98 yaşında vəfat edən Gülnarə Kürdemirin qohumlarının da iştirakı ilə məzarı üzərinə tər çiçəklər düzdük”, – deyə C.Bayramov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə