Azərbaycanda son üç ildə pensiya xərcləri bu qədər artıb - RƏSMİ

Azərbaycanda son üç ildə pensiya xərcləri bu qədər artıb - RƏSMİ

2017-2021-ci illərdə Azərbaycanda son üç ildə pensiya xərcləri 48 faiz, müavinət xərcləri 2.5 dəfə, təqaüd xərcləri 4.4 dəfə artıb. SİA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisi Əmək və sosial siyasət komitəsinin iclasında Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müakirələri zaman deyib.

O bildirib ki, dövlət sosial islahatlarını davam etdirəcək. Sahil Babayevin sözlərinə görə, 2020-ci ildə məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 610 milyon manat vəsait ayrılıb.

Nazir bildirib ki, bu vəsait 4.8 milyon nəfəri əhatə edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə