Azərbaycanda aylıq pensiya ödənişləri təqribən 400 milyon manat təşkil edir. SİA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisi Əmək və sosial siyasət komitəsinin iclasında Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müakirələri zaman deyib.
Nazir bildirib ki, nazir bildirib ki, ötən il Sosial Müdafiə Fondu 250 milyon manat məbləğində ehtiyyat vəsait yaratmağa nail olub: “Bu ehtiyat vəsait ölkə üzrə aylıq pensiyaların vaxtından tez ödənilməsinə imkan verir. Gələcəkdə bu ehtiyat vəsaitin 400-500 milyon manata çatdırılması nəzərdə tutulur. Həmin vəsaitin bir hissəsinin gələcəkdə investisiya formasında istifadə edilməsi planlaşdırılır. Bununla bağlı mexanizmin hazırlanmasına ehtiyac var və bu barədə gələcəkdə ətraflı məlumat veriləcək”, - deyə nazir bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB