Azərbaycanda Aliment Fondu yaradılmalıdır - KOMİTƏ SƏDRİ

Azərbaycanda Aliment Fondu yaradılmalıdır - KOMİTƏ SƏDRİ

Azərbaycanda Aliment Fondu yaradılmalıdır. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Aliment Fondu büdcəyə yük olmayacaq:“Təklif edirəm ki, belə bir fond yaradılsın. Bu fond uşaqların müdafiəsi baxımından da önəmlidir”, - deyə H.Hüseynova əlavə edib.

H.Hüseynova onu da bildirib ki, Azərbaycanda atalıq məzuniyyəti ödənişli olmalıdır: “Təklif edirəm ki, atalıq məzuniyyətinin ödənişli olması məsələsi büdcədə nəzərdə tutulsun”.

Deputat təklif edib ki, məhkəmələrdə psixoloq ştatları da yaradılmalıdır: “Məhkəmələrdə psixoloq ştatlarının olması boşanmaların qarşısını ala bilər”.

Milli Məclisin komitə sədri həmçinin qeyd edib ki, bəzi şəhid ailələrinin, qazilərin ipoteka borcları silinsin:“Bəzi qazilər mənə müraciət edirlər ki, onun iki gözü də yoxdur, müharibədə itirib. Amma onun ipoteka borcu var. Qazilərin və ya şəhid ailələrinin ipoteka borcları silinsə yaxşı olar. Belə ailələrin sayı elə də çox deyil,” – deyə H.Hüseynova bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə