İnsanlar öldüyü zaman niyə yuyulur? - BİLMƏDİYİNİZ SİRLİ MƏQAMLAR - QMİ-NİN RƏSMİSİ ŞƏRH ETDİ

İnsanlar öldüyü zaman niyə yuyulur? - BİLMƏDİYİNİZ SİRLİ MƏQAMLAR - QMİ-NİN RƏSMİSİ ŞƏRH ETDİ

“Dinimizdə Allahın buyurduğu qanunlar var, hansı ki, islam şəriətində Allah bu qanunları Peyğəmbərimizə buyurub. Peyğəmbər də Quranda buyurulanları insanlara çatdırıb. Ona görə də, bir insan dünyada sağ ikən nələri etməlidir, necə yaşamalıdır. Bunun da özünəxas qanuna uyğunluqları var". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, islama qədər təkallahlılıq və ya çoxallahlılığın fərqi yoxdur. Hər hansı dini əqidələrdə, bir insan dünyadan köçdüyü zaman, vəfat etdiyi zaman onun üçün icra olunan hökmlər var. Eyni ilə islam dinində də dünyasını dəyişən insan üçün nələrin edilməsini Peyğəmbər buyurub. Birinci, təbii ki, ölü mütləq yuyulmalıdır, çünki, onu yeni bir dünyaya, axirət dünyasına yola salırlar. Bilirsiz ki, yuyulma təmizlənmə, bütün vücudun pak olması deməkdir. Zahirdə bizim boynumuza haqdır ki, Peyğəmbərin buyurduğu kimi ölü yuyulmalıdır və mütləq o kəfənə bükülməlidir. Mümkünsə həmin kəfən ağ parçadan olmalıdır. Niyə görə ağ? Çünki, ağın üzərinə nəsə yazılır, nəsə nişan vurulur. Ağ rəng paklardan pak, təmizlərdən təmizdir. Hətta görürsüz ki, ağ rəngin seçimi birmənalı olaraq qəbul olunur ki, bu təmizlikdir, saflıqdır. Ona görə də, öz haqq dünyasına gedən insanı ağ bir libasa bürüyüyürlər, yəni kəfənə bürüyürlər və onu axirətə yola salırlar.

Son olaraq cənazə namazının qılınması da o deməkdir ki, həmin şəxsin ətrafındakı insanlar ona dua edirlər. Cənazə namazı bir növ duadır. Dördüncü hökm də onu dəfn etməkdir yəni, islam dinində dünyasını dəyişən insan torpağa dəfn olunur. Başqa dinlərdə ölüyə fərqli cür yanaşırlar, məsələn atəşpərəstlərdə ölünü yandırırlar və ya harasa qoyanlar var. Lakin, islam dinində insan mütləq torpağa dəfn olunmalıdır. Çünki, insan torpaqdan yaranıb və torpağa da gedəcək. Hər bir rəhmətə gedən insan üçün onun əməllərinin mənası, məntiqi, dəyəri var və bunlar boş yerə deyilməyib. Ona görə də, onun yuyulması da vacibdir. İlk olaraq məsələn, mən bu gün kimləsə əl verib görüşsəm və ya əlimi harasa vursam təbii ki, onu yuyuram, təmizləyirəm. Hətta insan namazda belə, ondan öncə dəstamazalır. Nəyə görə? Düzdür insan nə qədər pak və təmiz olsa da yenə də ola bilər əli harasa dəyib və ya kimləsə təmas qurub və Allahla icabətə getdiyi üçün dəstamaz almağı daha yaxşıdır. İnsan əlini, üzünü, əzalarını yuyur və paklaşır. Buna paklıq təhatət amili də deyirlər. Eynilə də insan mütləq haqq evinə gedən zaman onun yuyulması birinci amil və birinci şərtdir. Əgər birdən həmin insanı yumaq imkanları yoxdursa, şəriətdə ikinci hökm təyəmmüm etməkdir. Su tapılmayan yerdə torpaqdan istifadə etmək mümkündür. Görürsüz ki, yenə də torpaq amili irəli gəlir, torpaq da pakedicilərdəndir. Dinimizdə bir neçə pak edən amillər var ki, od və torpaq da pak edə bilər. Lakin, bunun birinci pakedici amili isə məhz sudur. Sudan sonra digərləri gəlir ki, onlar da insanı pak edə bilərlər. Ona görə də, insanı axirətə yola salanda sudan istifadə etmək vacibdir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə