"Zəfər Günü tariximizin ən yadda qalan və sevindirici anıdır" - OLİMPİYA ÇEMPİONU FİKİR BİLDİRDİ
"Şanlı Zəfərimizdən artıq bir il ötür. Bu möhtəşəm qələbəyə görə, ailəm adından möhtərəm Prezidentimizə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva dərin təşəkkürümü bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə şəfa diləyirəm". Bunu SİA-ya açıqlamsında Azərbaycan cüdoçusu, Olimpiya çempionu Elnur Məmmədli deyib.
O, qeyd edib ki, bu Zəfər Günü tariximizin ən yadda qalan və sevindirici anıdır. Azərbaycan 44 günlük müharibədə bütün dünyaya mesaj verdi ki, onun gücü, dəmir yumruğu həmişəki kimi yerindədir. Çox sevinirik.
Elnur Məmmədli fikirlərini belə izah edib: "Bu, Prezidentimizin daxili və xarici siyasətinin yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan artıq 30 illik işğal altında qalan torpaqları işğaldan bu uğurlu siyasətin nəticəsində azad etdi. Bütün beynəlxalq aləmin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər edərkən ermənilərin “mədəniyyətini” və “tərbiyəsini” gördülər. Çünki onlar bizim məscidləri pis günə qoymuşdular. Onlar illərlə mina yerləşdirməkdən başqa bir şey başarmadılar. Amma Azərbaycan bir ildir dinamik quruculuq işləri ilə məşğuldur. Bu da onu göstərir ki, bu torpaqlar, həqiqətən də, bizimdir. Ermənilər bəs niyə abadlıq, quruculuq işləri aparmırdılar. Çünki onlar bilirdilər ki, gec-tez Ali Baş Komandan torpaqları qaytaracaq. Bir daha bu zəfəri bizə qazndırdığı üçün Ali Baş Komandana, birinci xanım Mehriban Əlievaya öz dərin minnətdarlığımı bildirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB