"Güclü külək nəticəsində 4 nəqliyyat vasitəsi aşıb" - BŞBDYPİ RƏSMİSİ AÇIQLADI
“Ötən gün güclü küləyin əsməsi nəticəsində cüzi maddi zərərlə nəticələnən 11 yol qəza hadisəsi baş verib”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, 11 yol qəza hadisəsi nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti haqqında qanunun tələblərini pozulması ilə bağlı avtomobillərin bir-birinə dəyməsi ilə əlaqəlidir: “Ancaq güclü küləyin hesabına paytaxtın Səbail rayon ərazisində, Bayraq meydanına yaxın məsafədə yükgötürmə qabiliyyəti 3 tondan artıq olan 4 nəqliyyat vasitəsi aşıb. Nəticədə istiqamətləri dəyişərək, bunun da vaxtında qarşısı alınıb. Ağac budaqlarının qırılması nəticəsində 10 nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Ayrıca iki ərazidə işıq dirəyi aşaraq divara maddi ziyan vurub”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB