Paytaxtda əsən güclü külək qatarların fəaliyyətinə də təsir göstərib.
SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.
Təhlükəsizliyin təmin olunması məqsədi ilə, qatarların hərəkətində sürət məhdudiyyəti tətbiq edilib. Bu səbəbdən ötən gün axşam və bu gün səhər saatlarında Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən elektrik qatarının hərəkətində qısamüddətli ləngimə qeydə alınıb.
Hazırda qatarlar cədvəl üzrə hərəkət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB