93 ağac və iri budaq sınıb - QURUM AÇIQLAMA VERDİ

93 ağac və iri budaq sınıb - QURUM AÇIQLAMA VERDİ

Paytaxt Bakıda güclü külək səbəbi ilə ağac aşması, ətrafa zərər verməsi kimi belə halların qarşısının alınması istiqamətində hansı qabaqlayıcı tədbirlər görülür? Ümumiyyətlə, belə xoşagəlməz halların baş verməməsi üçün hansı tədbirlərin görülməsi tələb olunur? Eyni zamanda, belə hadisələr baş verəndən sonra ərazidə hansı işlər görülməlidir və görülür?

Bakı Şəhər Yaşıllışdırma təsərrüfatı birliyindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, gecə saatlarında güclü külək səbəbindən Bakı şəhərində 93 ağac və iri budaq sınıb. Ağacların birliyin və kommunal xidmətlərin əməkdaşları tərəfindən ərazidən yığışdırılması prosesi aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə